“Rusiya ABŞ daxilindəki proseslərə qarışmayıb və qarışmaq niyyətində deyil”.
Busaat.az “RİA Novosti”yə istnadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyb.
O qeyd edib ki, Rusiya ABŞ-də baş verənləri çox diqqətlə izləyir. Çünki ABŞ-də dünyanın ən böyük iqtisadiyyatı mövcuddur.
“Eyni zamanda ABŞ digər ölkələrlə müqayisədə Müdafiə Nazirliyinə daha çox pul xərcləyən ən güclü hərbi ölkədir. Bütün hallarda Rusiya ABŞ-ni izləsə də, daxili işlərinə qarışmır”, – deyə Peskov vurğulayıb.