Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft93.46 $▲1.87%
  • WTI neft86.86 $▲2.18%
  • Avropa qazı (TTF)85.38 €▲1.58%
  • Təbii qaz (ABŞ)3.148 $▲1.98%
  • Qızıl3 875 $▼0.05%
  • Gümüş47.66 $▲0.37%
  • Pambıq81.09 ¢▼0.32%
  • Buğda597.25 ¢▼0.38%
  • Bitcoin64 033 $▼1.21%
  • Ethereum1 783 $▼1.99%
  • S&P 5007 333▼1.17%
11°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
Gündəm

“Pfizer” Azərbaycana niyə vaksin göndərmir?

image-zeneca
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycan peyvəndi təmin etmək üçün beynəlxalq “COVAX” proqramına üzv olan ilk ölkələrdən biridir. Lakin “COVAX” Azərbaycana verdiyi vədə əməl etmir. Bu ilin birinci rübündə satın alınması lazım olan peyvəndlər hələ də ünvanına çatmayıb”.

Busaat.az xəbər verir ki, bu barədə Türkiyənin “Haber Global” televiziyasının hazırladığı süjetdə qeyd edilib.

Bildirilib ki, “COVAX” təşəbbüsü çərçivəsində “Biontech/Pfizer” vaksininin ilk partiyası Cənubi Qafqaz bölgəsində Gürcüstana çatdırılıb. Ölkə, həmçinin 13 martda “AstraZeneca” peyvəndini alıb. Lakin bu vaksinlərdən heç biri Azərbaycana göndərilməyib.

Telekanal “Pfizer” şirkətinə peyvəndin Azərbaycana nə zaman tədarük ediləcəyi barədə sorğu göndərib.

“Peyvəndin ədalətli və bərabər şəkildə əldə olunmasını təmin etmək üçün dünyanın hər yerindəki hökumətlər və qlobal səhiyyə tərəfdaşları ilə fəal şəkildə işləyirik. Hazırda elan edəcəyimiz heç bir şey yoxdur”,- deyə şirkət açıqlamasında bildirib.

“COVAX”dan verilən son məlumata görə, Azərbaycana vəd ediləndən daha az doza çatdırıla bilər. Satınalma tarixi qeyri-müəyyəndir.

Vurğulanıb ki, bütün bu haqsızlıqlara baxmayaraq, Azərbaycan tərəfindən vaxtında görülən tədbirlər sayəsində ölkədə peyvənd problemi yaşanmayıb. Çinin “Sinovac” şirkətinin “CoronaVac” peyvəndi ölkədəki yarım milyon insana tətbiq edilib. Hazırda 40 yaş üzərində olan vətəndaşlar vaksinasiyaya cəlb olunur.

Xatırladaq ki, Prezident İlham Əliyev cari ilin fevralında yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında dünyada vaksin alışında ədalətsizliyə yol verildiyini diqqətə çatdırmışdı.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=41635