Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft98.44 $▼1.22%
  • WTI neft91.04 $▼0.45%
  • Avropa qazı (TTF)85.98 €▼4.08%
  • Təbii qaz (ABŞ)2.992 $▲1.22%
  • Qızıl4 072 $▲0.44%
  • Gümüş51.89 $▲0.67%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda590.50 ¢▼0.80%
  • Bitcoin75 772 $▼0.26%
  • Ethereum2 232 $▼0.11%
  • S&P 5007 401▲0.60%
13°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071

Pilotsuz dəniz aparatı OKHAN test prosesini uğurla başa vurub

image-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Mersin şəhərində Türkiyənin müdafiə sənayesi çərçivəsində hazırlanan OKHAN adlı pilotsuz dəniz aparatı (İDA) test prosesini uğurla başa vurub.

Busaat.az xəbər verir ki, Mersin Teknoparkında fəaliyyət göstərən “Kayacı” müdafiə şirkəti tərəfindən 2018-ci ildə istehsala başlayan OKHAN çətin dəniz şəraitində işləmək üçün nəzərdə tutulub.

Sahil Mühafizə Komandanlığı ilə həyata keçirilən layihə çərçivəsində dənizdə müxtəlif şəraitdə və saatlarda idarə olunan avtonom dəniz vasitəsi test uçuşlarından uğurla keçib.

Uzunluğu 11,5 metr, çəkisi 7 ton olan OKHAN 390 at gücünə malik mühərriki ilə 27 düyün sürətə çata bilir.

OKHAN-ın gediş məsafəsi 350 dəniz milinə çata bilər.

Yüksək manevr qabiliyyətinə malik olan aparat maneələrdən yayınma manevrlərini avtonom şəkildə yerinə yetirə bilir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=156642