Səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini icra edən Teymur Musayev poliklinikaların evdə müalicə alanlara vitamin komplekslərini verməməsi ilə bağlı iddialardan danışıb.
Busaat.az xəbər verir ki, o, jurnalistlərə açıqlamasında bu iddiaları yanlış adlandırıb.
“Əgər belə məlumatlar varsa, bu barədə nazirliyə məlumat verilsin. Bu komplekslərin sadəcə imtiyazlı ailələrə verilməsi ilə bağlı fikir yanlışdır”, – T.Musayev bildirib.
Birinci müavinin sözlərinə görə, koronavirus evdə spesifik dərmanlarla müalicə olunmur:
“Koronavirus yalnız xəstəxana şəraitində müalicə olunur. Evdə müalicə yoxdur, evdə dəstək var. Həmin dəstək vitaminlər, mikroelementlər kompleksidir”.