Politico yazır: Ermənistandakı Aİ missiyası Azərbaycan-Aİ təbii qaz razılaşmasına kölgə sala bilər

image-von-der-leyen-aliyev-101-_v-videowebmbackend

Avropa İttifaqının (Aİ) Ermənistandakı monitorinq missiyası və Azərbaycanda insan haqlarının pozulmasını pisləyən Avropa Parlamentinin hesabatı Aİ-nin Azərbaycanla yüksək profilli təbii qaz sazişinə kölgə sala bilər.

Busaat.az xəbər verir ki, bunu nüfuzlu “Politico” nəşri yazır.

Fevralın 20-də Aİ öz mülki missiyasının fəaliyyətinə başlayıb. O, Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfində işləyəcək. Missiyanın müstəsna mülki heyətinin ümumi sayı təxminən 100 nəfər, o cümlədən 50-yə yaxın silahsız müşahidəçi olacaq.

“Rusiyanın Ukraynaya qarşı fəlakətli müharibəsi ilə diqqəti yayındırdığı bir vaxtda Brüssel Cənubi Qafqazda mövcudluğunu artırmağa, Azərbaycanla iqtisadi əlaqələr qurmağa, eyni zamanda iki rəqib dövlət arasında balansı saxlamaq üçün qonşu Ermənistana siyasi dəstək təklif etməyə ümid edir”, – Politico əlavə edib.

Nəşr qeyd edir ki, Avropa Parlamentinin ötən ay “Azərbaycanın sentyabrda həyata keçirdiyi sonuncu genişmiqyaslı hərbi təcavüzünü pisləyən”, ölkəni sülh prosesinə xələl gətirməkdə ittiham edən və “Aİ-nin daha fəal olmağa hazır olduğunu vurğulayan” hesabatı dəstəklədikdən sonra Bakı da qəzəblə reaksiya verib.

Bütün bunlar Aİ-nin Azərbaycanla bloka illik təbii qaz tədarükünü 2027-ci ilə qədər iki dəfə artıraraq 20 milyard kubmetrə çatdırmaq haqqında imzaladığı yüksək profilli sazişə kölgə salır.

“Aİ iki ölkə arasındakı gərgin sərhədin Ermənistan tərəfinə, bu ölkənin polisinə kömək etmək üçün mülki missiya göndərib və Azərbaycanın onun işlərinə xarici müdaxiləsi barədə xəbərdarlıq edib”, – Politico əlavə edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki