Politoloq: “Moskva görüşündə liderlərin əsas vəzifəsi qarşılıqlı faydalı mövqe tapmaqdır

Politoloq: “Moskva görüşündə liderlərin əsas vəzifəsi qarşılıqlı faydalı mövqe tapmaqdırbackend

“Ən mühüm nailiyyət müharibəni dayandırmaq və gələcəkdə hərbi əməliyyatların yenidən başlamasının qarşısını almağa və münasibətləri normallaşdırmaq üçün tədricən addımlar atmağa imkan verəcək prinsiplər kompleksinin formalaşdırılmasıdır”.

Busaat.az xəbər verie ki, bunu “Report”un Rusiya bürosuna Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun Postsovet Araşdırmaları Mərkəzinin böyük işçisi Stanislav Pritçin deyib.

Ekspert bu gün Moskvada keçiriləcək görüşün əsas məqsədinin atəşkəs məsələlərinin praktikada ziddiyyətlərin kəskinliyini aradan qaldıracaq şəkildə reallaşdırılması olduğunu düşünür: “Liderlərin əsas vəzifəsi cəmiyyət tərəfindən də qəbul ediləcək qarşılıqlı faydalı mövqe tapmaqdır. Aydındır ki, Azərbaycanın məqsədlərinə çatmağına güvənmək üçün daha çox əsası var. Ancaq iki ölkə arasında praqmatik əlaqələrin sürətlə qurulması da çox vacibdir”.

Politoloq həmçinin Ermənistan cəmiyyətinin atəşkəs razılaşmasına görə çox üzüldüyünü və bunu Paşinyanın xəyanəti kimi qiymətləndirdiyini söyləyib: “Ola bilsin, Ermənistan hakimiyyəti qələbəni təmin etmək üçün hər şeyi etmədi. Ancaq real vəziyyət əvvəlcədən Ermənistana qarşı idi. Buna görə də istənilən razılaşma vətənə xəyanət kimi qəbul ediləcək, çünki məğlubiyyəti etiraf etmək çox çətindir”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki