Polşada təxribatda şübhəli bilinən ukraynalılar sərbəst buraxılıb

image-owl_detail_620_49c2ac8e856d98b71ca0ad57bc386d52backend

Polşa hüquq-mühafizə orqanları tərəfindən dəmiryolunda partlayışla bağlı saxlanılan 4 Ukrayna vətəndaşı azadlığa buraxılıb.

Busaat.az xəbər verir ki, bu barədə “Onet” agentliyi məlumat yayıb.

Portalın məlumatına görə, noyabrın 19-da Polşa hüquq-mühafizə orqanları dörd Ukrayna vətəndaşını həbs edib. Onlardan ikisini Daxili Təhlükəsizlik İdarəsi, digər ikisini isə polis saxlayıb. Onlar təhlükəsizlik xidmətlərinin dəmiryolunda partlayışın təşkilində ittiham etdiyi digər ukraynalılara yardım etməkdə şübhəli bilinirdilər.

Saxlanılan şəxslərin bir-biri ilə tanış olmadığı və uzun müddət Polşada yaşadıqları da vurğulanıb.

“Həbs edilən dörd nəfərdən heç biri təxribatda iştirakda ittiham olunmayıb. Onlardan yalnız birinə qarşı ittiham irəli sürülüb, lakin tamamilə fərqli ittiham irəli sürülüb”, – bəyanatda deyilir.

Yeganə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki