Praqanın mərkəzində Vatslas və Köhnə şəhər meydanlarında Yeni il şənliyi zamanı pirotexniki vasitələrin partlaması nəticəsində 7 nəfər xəsarət alıb.
Busaat.az xəbər verir ki, bu barədə Çexiya paytaxtının birgə xilasetmə və yanğından mühafizə xidmətindən məlumat verilib:
“ Ümumilikdə 28 vətəndaşa yardım göstərilib, onlardan 13-ü xəstəxanalara yerləşdirilib. Pirotexniki məmulatların partlaması nəticəsində 7 nəfər xəsarət alıb”.
Yanğınsöndürənlərin bildirdiyinə görə, pirotexniki partlayışlar nəticəsində 46 yanğın baş verib.
Fişənglər əsasən kollarda və zibil qutularında yanğınlara səbəb olub. Xilasedicilərin və yanğınsöndürənlərin fikrincə, ötən yeni il ərəfəsində paytaxtda fövqəladə hallar əvvəlki illərlə müqayisədə xeyli az olub.
Bu, xüsusən də rəsmilərin şəhərin mərkəzi ərazilərində pirotexniki məmulatların istifadəsinə qadağa qoyması ilə bağlıdır. Polis onu pozan onlarla insanı cərimələyib.
Busaat.az