Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft97.76 $▼1.91%
  • WTI neft90.34 $▼1.21%
  • Avropa qazı (TTF)85.98 €▼4.08%
  • Təbii qaz (ABŞ)3.003 $▲1.59%
  • Qızıl4 080 $▲0.63%
  • Gümüş51.97 $▲0.81%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda590.50 ¢▼0.80%
  • Bitcoin75 938 $▲0.27%
  • Ethereum2 244 $▲0.37%
  • S&P 5007 377▲0.27%
16°Bakı
  • USD1.7000
  • EUR1.9097
  • 100 RUB2.0796
  • GBP2.2881
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2543
  • GEL0.6548
  • 100 KZT0.3759
  • UAH0.0373
  • 100 JPY1.0771
  • CHF2.0832
  • USD1.7000
  • EUR1.9097
  • 100 RUB2.0796
  • GBP2.2881
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2543
  • GEL0.6548
  • 100 KZT0.3759
  • UAH0.0373
  • 100 JPY1.0771
  • CHF2.0832
Siyasət

Prezident Administrasiyasında yeni TƏYİNAT

image-2022-11-15-12-30-271jo8ix0lmqmkwq25vspi_file
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Yüksəliş” müsabiqəsinin qalibi Tural Feyzullayevə Prezident Administrasiyasında vəzifə verilib.

Busaat.az xəbər verir ki, o, qurumun Qanunvericilik və hüquq siyasəti şöbəsinin Hüquqi təminat və təhlil sektorunun müdiri təyin olunub.

Tural Feyzullayev 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquqşünaslıq ixtisası üzrə bakalavr pilləsini, 2013-cü ildə Fransanın Tuluz Universitetinin Beynəlxalq və Avropa hüququ üzrə magistr pilləsini, 2014-cü ildə isə həmin Universitetin Beynəlxalq biznes hüququ üzrə magistr pilləsini bitirib.

Tural Feyzullayev əmək fəaliyyətinə 2011-ci ildə “Azərsun Holdinq” MMC-də araşdırma mütəxəssisi kimi başlamış, 2015-ci ildə Azərbaycan Respublikasının Mərkəzi Bankında hüquq məsləhətçisi kimi davam etdirmiş, 2016–2020-ci illərdə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasında hüquqşünas, aparıcı və baş hüquqşünas vəzifələrində, 2018-ci ildən 2020-ci ilədək isə Hüquqi təminat idarəsinin rəisi vəzifəsində çalışıb.

Tural Feyzullayev 2020–2021-ci illərdə Azərbaycan Respublikasının Mərkəzi Bankında Hüquq departamentinin direktor müavini – Maliyyə bazarlarının hüquqi təminatı şöbəsinin rəisi vəzifəsində işləmiş, 2021-ci ildən etibarən “AccessBank”da Hüquq və komplayens departamentinin rəhbəri vəzifəsində çalışıb.

Tural Feyzullayev Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılmasına verdiyi töhfəyə və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması sahəsində səmərəli fəaliyyətinə görə 2018-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib, 2021-ci ildə birinci “Yüksəliş” müsabiqəsinin qalibi olub.

ingilis və türk dillərini sərbəst, fransız dilini isə yaxşı bilir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=90730