Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft93.11 $▲1.49%
  • WTI neft86.03 $▲1.20%
  • Avropa qazı (TTF)85.48 €▲1.71%
  • Təbii qaz (ABŞ)3.206 $▲3.85%
  • Qızıl3 855 $▼0.58%
  • Gümüş47.28 $▼0.43%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda610.25 ¢▲1.79%
  • Bitcoin63 633 $▼1.83%
  • Ethereum1 787 $▼1.78%
  • S&P 5007 325▼1.29%
10°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
Gündəm

Prezidentdən “ASAN xidmət”lə bağlı FƏRMAN

image-ilham-eliyev-imza
ilham əliyev imza
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“ASAN xidmət” mərkəzlərində dövlət orqanları tərəfindən göstərilən xidmətlərin siyahısı genişləndirilib.

Busat.az-ın xəbərinə görə, Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Fərmanla “ASAN xidmət” mərkəzlərində dövlət orqanları tərəfindən aşağıdakı xidmətlər də həyata keçiriləcək:

– daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;

– daşınmaz əmlakın real bazar dəyərinin qiymətləndirilməsinə dair arayışın verilməsi;

– daşınmaz əmlakın dövlət reyestrindən əmlakın təsviri və ünvanı barədə məlumatların verilməsi;

– daşınmaz əmlak obyektinin (torpaq sahəsinin) sxematik bölgüsünün aparılması və bölgü planının verilməsi;

– torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının yerdə (naturada) müəyyən edilməsi;

– daşınmaz əmlakın qeydiyyatı və kadastrı ilə bağlı arxiv arayışlarının, hüquqi və texniki sənədlərin (planların) təsdiq edilmiş surətlərinin verilməsi;

– yerquruluşu planının verilməsi;

– daşınmaz əmlak obyektlərinə ünvanların verilməsi;

– ünvan reyestri məlumat bazasından arayışların verilməsi;

– ünvan xəritələrindən çıxarışların verilməsi;

– daşınmaz əmlaka dair texniki sənədlərin dublikatının verilməsi;

– daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış hüquqların qeydiyyatının ləğv edilməsi;”.

Energetika sahəsində xidmətlərin göstərilməsi ilə bağlı:

– ixrac məqsədli neft-qaz fəaliyyəti üçün podratçılara və subpodratçılara xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamənin verilməsi;

– ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı və tranziti üçün icazənin verilməsi;

– mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə icazənin verilməsi;

– Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən güc həddindən yuxarı elektrik enerjisinin istehsalına icazənin verilməsi;

– elektrik enerjisinin nəqlinə icazənin verilməsi;

– elektrik enerjisinin paylanmasına icazənin verilməsi;

– elektrik enerjisinin ixrac və idxal edilməsinə icazənin verilməsi;

– qazın istehsalına və təbii qazın emalına icazənin verilməsi;

– qazın nəqli üçün icazənin verilməsi;

– qazın paylanmasına icazənin verilməsi;

– yeraltı qaz anbarlarının işlənməsi, tikilməsi və istismarına icazənin verilməsi;

– neft və qaz yataqlarının kəşfiyyatına icazənin verilməsi;

– neft və qaz yataqlarının işlənməsinə və hasilatına icazənin verilməsi;

– neft və neft məhsullarının emalına icazənin verilməsi;

– neft və neft məhsullarının boru kəmərləri vasitəsilə nəqlinə icazənin verilməsi;

Təhsil sahəsində xidmətlərin göstərilməsi ilə bağlı:

– təhsilalanlara təhsil müəssisələrində təhsil almalarına dair arayışların verilməsi;

– sertifikatlaşdırmadan keçmiş təhsilverənlərə sertifikatların verilməsi;

Fövqəladə hallar sahəsində xidmətlərin göstərilməsi ilə bağlı:

– təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməsi barədə çıxarışın verilməsi;

– partlayıcı maddələrin və qurğuların, tezalışan maddələrin və pirotexniki məmulatların dövriyyəsinə xüsusi icazənin verilməsi;

Ətraf mühitin mühafizəsi sahəsində xidmətlərin göstərilməsi ilə bağlı:

– atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə icazənin verilməsi;

– balıqovlama biletinin verilməsi;

– ovçuluq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərə ovçuluq biletinin verilməsi, biletin müddətinin uzadılması;

– ozondağıdıcı maddələr və tərkibində belə maddələr olan məhsulların dövriyyəsinə xüsusi icazənin verilməsi.”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=116247