Prezidentdən Paşinyanla mümkün görüşü barədə AÇIQLAMAbackend

Prezident İlham Əliyev Moskvada Nikol Paşinyanla mümkün görüşündən danışıb.

Busaat.az xəbər verir ki, İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinin jurnalistinin “Cümə günü nazirlərin görüşündə hər hansı bir irəliləyiş olsa, Moskvada Ermənistanın baş nazirinin qatılacağı üçtərəfli görüş keçirilə bilərmi?” sualına cavabında deyib ki, belə bir görüşün olması gündəlikdən asılıdır.

“Bəli, əlbəttə ki, bu, mümkündür, çünki bu növ görüşlər əvvəllər də olmuşdur. Əgər belə bir görüş olsa, bu, gündəliyin nədən ibarət olduğundan asılı olacaqdır. Əfsuslar olsun ki, Ermənistanın bu hökuməti ilə münaqişənin sülh yolu üzrə nizamlanması perspektivləri çox uzaqdır. Ermənistanın baş naziri “Qarabağ Ermənistandır” bəyan edəndə, Azərbaycanın qondarma “Dağlıq Qarabağ hökuməti” ilə danışıqlar aparmalı olduğunu deyəndə, dinc Gəncə şəhərinə ballistik raket zərbəsi vurmaq əmri verəndə və Azərbaycanın digər şəhərlərinə gündəlik olaraq hücum edəndə, danışıqları aparmaq üçün o qədər də imkan qalmır”, – deyə dövlət başçısı qeyd edib.