Məzmuna keç
  • Azeri Light100.90 $▼6.10%
  • Brent neft89.56 $▼2.05%
  • WTI neft84.24 $▼1.67%
  • Avropa qazı (TTF)83.00 €▲0.81%
  • Təbii qaz (ABŞ)3.238 $▲0.78%
  • Qızıl4 096 $▼0.70%
  • Gümüş52.65 $▼1.13%
  • Pambıq78.65 ¢▲0.38%
  • Buğda589.25 ¢▲0.08%
  • Bitcoin74 349 $▼1.21%
  • Ethereum2 098 $▼1.59%
  • S&P 5007 550▲2.37%
10°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Siyasət

Prezidentin yüksək vəzifəyə təyin etdiyi şəxs kimdir? - DOSYE

image-1652954843_1652954446_kl
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasına rektor təyin edilib.
Busaat.az xəbər verir ki, sərəncamla Ədliyyə Akademiyasının rektoru vəzifəsinə Şahin Məhərrəm oğlu Əliyev təyinat alıb.
Şahin Əliyev bu təyinatadək Prezident Administrasiyasının (PA) Hüquq ekspertizası şöbəsinin müdiri vəzifəsində işləyib. O, həmin vəzifəyə 29 noyabr 2019-cu il tarixində təyin edilmişdi.
Prezident Administrasiyasının Hüquq ekspertizası şöbəsi yenicə ləğv edilib.
Ş.Əliyev daha əvvəl Prezident Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri vəzifəsini icra edib.
O, Azərbaycanda dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə 2020-ci ilin yanvarında “Şöhrət” ordeni ilə təltif edilib.

 

 

Şahin Məhərrəm oğlu Əliyev 1960-cı ildə Bakıda anadan olub. O, Daşkənd Dövlət Universitetinin məzunudur.
1984-cü ildən əmək fəaliyyətinə başlayan Ş.Əliyev Azərbaycan SSR Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda baş laborant, kiçik elmi işçi işləyib. Buradan pedaqoji işə keçən Ş.Əliyev 1988-89-cu illərdə Azərbaycan Dövlət Universitetinin müəllimi olub.
1989-cu ildə isə onun dövlət işindəki karyerası başlayıb. Ş.Əliyev həmin il Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin Hüquq şöbəsinin müdir müavini təyin edilib. 1991-ci ilin yanvarında Azərbaycan Respublikası Ali Soveti Katibliyinin Qanunvericilik və hüquq qaydaları məsələləri üzrə şöbəsində müdirin müavini vəzifəsinə keçib. Daha sonra həmin şöbədə müdirin birinci müavini işləyən Ş.Əliyev 1991-ci ilin sonunda Prezident Aparatında Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinə müdir təyin olunub.
O, 1991-ci ildən 2022-ci ilə kimi Prezident Administrasiyasında şöbə müdiri işləyib.

Ş.Əliyev hüquq elmləri namizədidir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=77665