PSJ “Bavariya”nı, “Çelsi” “Portu”nu uddu – Çempionlar Liqası

image-144723backend

Bu gün UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində növbəti matçlar oynanılıb.

Busaat.az xəbər verir ki, ikinci oyun günündə 2 görüş keçirilib. “Portu” doğma meydanda “Çelsi”ni qəbul edib. Oyun qonaqların qələbəsi ilə başa çatıb – 2:0.

“Bavariya” isə Münhendə PSJ-ni qəbul edib. Bu oyunda da qonaqlar qalib gəlib – 3:2.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunları aprelin 14-də keçiriləcək.

7 aprel (çərşənbə)

Çempionlar Liqası

1/4 finalın ilk oyunları

23:00. “Bavariya” (Almaniya) – PSJ (Fransa) – 2:3
Qollar: Mbappe, 3 (0:1), Markinyos, 28 (0:2), Şupo-Motinq, 37 (1:2), Müller, 60 (2:2), Mbappe, 68 (2:3)

23:00. “Portu” (Portuqaliya) – “Çelsi” (İngiltərə) – 0:2
Qollar: Mount, 32, Çilvell, 85

(Cavab oyunları aprelin 14-ü keçiriləcək)

6 aprel (çərşənbə axşamı)

“Real” (Madrid, İspaniya) – “Liverpul” (İngiltərə) – 3:1

“Mançester Siti” (İngiltərə) – “Borussiya” (Dortmund, Almaniya) – 2:1

(Cavab oyunları aprelin 13-ü keçiriləcək)

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90