Ansu Fati İngiltərə klublarının marağındadır

image-ansu-fatibackend

“Barselona”nın vingeri Ansu Fati cari transfer pəncərəsi bitməmiş klub qeydiyyatını dəyişə bilər.

Busaat.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano sosial media hesabında yazıb.

Mənbənin məlumatına görə, futbolçu ilə Londonun iki klubu – “Çelsi” və “Tottenhem” fəal şəkildə maraqlanır. “Aristokratlar” ispan futbolçunun komandalarına mümkün transferini növbəti gün nəzərdən keçirəcək.

2022/2023 mövsümündə Fati “Barselona”nın heyətində bütün yarışlarda 50 oyuna çıxıb, 10 qol vurub və 4 məhsuldar ötürmə edib. Futbolçunun Kataloniya klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna kimi qüvvədədir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki