PSJ-nin prezidenti məhkəmədə bəraət qazandı

image-media-166104_nrrviol2fj-kqznbm-jpgbackend

PSJ prezidenti Nasser Əl-Xəlaifi dünya çempionatının yayım hüquqlarının satışı ilə bağlı məhkəmədə yenidən bəraət qazanıb.

Busaat.az xəbər verir ki, o, FİFA-nın keçmiş baş katibi Jerom Valkı cinayətlərə sövq etməkdə ittiham olunurdu. Qətərli funksionerin dünya çempionatının yayım hüquqlarını satmaqla əlaqədar işdə rüşvət almaqda ittiham olunan Valka “yersiz üstünlüklər” verdiyi bildirilir .

2020-ci ilin oktyabrında birinci instansiya məhkəməsinin qərarı ilə bu işdə “beIN Media” televiziya qrupunun rəhbəri kimi iştirak edən Əl-Xelaifi bəraət qazanıb. Valk isə 120 günlük sınaq müddəti alıb. 2022-ci ilin martında İsveçrə prokurorluğu birinci instansiya məhkəməsinin bəraət hökmündən apellyasiya şikayəti verib. Lakin bu dəfə Əl-Xelaifi tam bəraət qazanıb. Valk isə 11 ay şərti cəza alıb və cərimələnib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90