Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft93.42 $▲1.83%
  • WTI neft86.39 $▲1.62%
  • Avropa qazı (TTF)85.48 €▲1.71%
  • Təbii qaz (ABŞ)3.206 $▲3.85%
  • Qızıl3 858 $▼0.49%
  • Gümüş47.35 $▼0.29%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda610.25 ¢▲1.79%
  • Bitcoin63 695 $▼1.73%
  • Ethereum1 788 $▼1.70%
  • S&P 5007 327▼1.25%
10°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
İdman

PSJ-nin sabiq futbolçusu Azərbaycan klubunda - FOTO

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Mövsümün ikinci yarısına hazırlıqları davam etdirən “Qəbələ” heyətinə yeni futbolçu qatıb.

Busaat.az xəbər verir ki, “qırmızı-qaralar” qış “transfer pəncərəsi”ndə fransalı futbolçu Abdelrafik Jerarın keçidini rəsmiləşdirib. 26 yaşlı yarımmüdafiəçi ilə 1,5 illik müqavilə imzalanıb.

Jerar peşəkar karyerasına yetirməsi olduğu PSJ-də başlayıb. O, Paris təmsilçisinin B komandası (2012-2015) ilə yanaşı, “Kretey” (2015-2016) və “Lans” (2016-2018) klublarında çıxış edib. Anası əlcəzairli olan və Fransa ilə bərabər Əlcəzair vətəndaşlığı daşıyan futbolçu 2018-2019-cu illərdə Belçikanın I divizion klubu “Yunion”un formasını geyinib.

Maraqlıdır ki, “Qəbələ”nin rəsmi saytı bu futbolçunu mərkəz yarımmüdafiəçisi kimi təqdim etsə də, əslində futbolçu daha çox sol cinah oyunçusudur. O, cari mövsüm doqquz oyunda meydanda olub. Yanvarın 24-dən sərbəst futbolçudur və “Qəbələ”yə keçidi pulsuz başa gəlib.

Xatırladaq ki, “Qəbələ” bunadək qış “transfer pəncərəsi”ndə Ehtiram Şahverdiyevi heyətinə qatıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=3074