
Putin Çernobıl AES-də terror aktı hazırlayır - Ukrayna kəşfiyyatı
Putin ordusunun Ukrayna şəhərlərinə genişmiqyaslı hücumunun 16-cı günüdür. Üstəlik, Rusiya Ukraynada texnogen fəlakət törətməyə çalışır.
Busaat.az UNİANA-a istinadən xəbər verir ki, Ukrayna kəşfiyyatının məlumatına görə, Rusiyanın prezidenti Vladimir Putin Çernobıl AES-də terror aktının hazırlanması barədə göstəriş verib və bunun üçün məsuliyyət Ukraynaya “yüklənəcək”.
Rusiya Çernobıl AES-də baş vermiş qəzada Ukrayna hərbçilərinin iştirakını imitasiya etmək üçün saxta “dəlillər” yaratmağa çalışır.
Yəni, yerüstü hərbi əməliyyatlardan və birbaşa danışıqlardan istənilən nəticəni ala bilməyən Putin Ukraynaya dəstək verən ölkələrə qarşı nüvə şantajına əl atmağa hazırdır.























