
Putin Ərdoğana başsağlığı verib
Rusiya prezidenti Vladimir Putin İstanbulda baş verən partlayışla bağlı prezident Rəcəb Tayyib Ərdoğana başsağlığı mesajı verib. Putin mesajında terrora qarşı Türkiyə ilə əməkdaşlığa hazır olduqlarını bildirib.
Busaat.az xəbər verir ki, bu barədə Kremldən məlumat verilib.
Məlumata görə, Putin mesajında İstanbulda baş verən faciəvi terror aktı ilə bağlı başsağlığı verib.
Həlak olanların ailələrinə və yaxınlarına dəstək olduğunu vurğulayan Putin qeyd edib: “Biz də yaralıların tezliklə sağalmasını arzulayırıq. Biz terrorizmin bütün formalarına qarşı mübarizədə türk tərəfdaşlarımızla mümkün qədər sıx əməkdaşlığa hazır olduğumuzu bir daha təsdiqləyirik”.




















