
Putin İŞ BAŞINDA: Artıq böyük bankları da...
İri bankların və müəssisələr artıq Krımda işə başlaya biləcəklər.
Busaat.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putinin özü bildirib.
Onun sözlərinə görə, iri şirkətlərin Krımda biznes açmaqdan qorxması mənasızdır. Yarımadanın sosial-iqtisadi inkişafı ilə bağlı keçirilən müşavirədə dövlət başçısı onlara lazımi dəstəyin göstəriləcəyini vəd edib.
Putin qeyd edib ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar daxili sahibkarlığın inkişafı və gücləndirilməsi üçün yeni imkanlar açır:
“İndi onlar təhlükəsiz şəkildə yarımadaya gələ və regionda fəal işləyə, orada öz fəaliyyətlərini genişləndirə, Krım yarımadası və Sevastopol daxil olmaqla, yeni bazar nişlərini açıb mənimsəyə bilərlər”.Sonxeber.az























