“Putin komadadır, efirdə onun oxşarıdır” – SENSASİON AÇIQLAMA

image-e4aa99ce-ae5506e4549bd80a51531f864f6f077ebackend

“Ekranda onun oxşarıdır, Putinin özü isə komadadır”.

Busaat.az xəbər verir ki, bu barədə “Obozrevatel” nəşri kəşfiyyat mənbələrinə istinadən məlumat yayıb. Qəzetin məlumatına görə, Putin əməliyyatdan sonra komaya düşüb.

“Rusiya Prezidenti Vladimir Putin xərçəng şişinin çıxarılması üzrə uğursuz əməliyyatdan sonra komaya düşüb, hazırda reanimasiyadadır və burada həyati dəstək sistemləri ilə təchiz olunub”, – “Obozrevatel” yazır.

Verilən məlumata görə, Rusiya Prezidenti ağrı həssaslığının itirilməsinə səbəb olan beyin sapı reflekslərinin inhibəsinin bütün əlamətlərini göstərib.

Nəşr onu da iddia edir ki, lazımi mənzərəni yaratmaq üçün indi onun yerinə dublyor görünəcək.

Bu arada Putinin ətrafı kimin varisi olacağına qərar verənə qədər prezidentin səhhəti ilə bağlı məlumatları gizlədir.

“Çox güman ki, bu, sadəcə məlumatdan fikri yayındırmaqdır, amma od olmayan yerdən tüstü çıxmaz. Biz Ukrayna ilə müharibə haqqında da fikirləşdik ki, bu, yalandır və bütün müstəqil KİV-lər sadəcə olaraq, belə məlumatları yaymaq üçün pul ödəyiblər. Amma məlum oldu ki, yalan deyil, bunu əsaslı səbəbdən yazıblar”, – qəzet qeyd edir.

O da bildirilir ki, yaxın vaxtlarda Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Putinlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında Türkiyə liderinin də qatılacağı görüşün elan edilməsi xahişi ilə müraciət etməyi planlaşdırır.

Bununla belə, Putinin oxşarının üzə çıxması riski səbəbindən dövlət başçılarının görüşünün baş tutmaması ehtimalı var. Görüşdən imtina etmək üçün rəsmi səbəb tapmaq üçün Rusiya tərəfi Ukraynanı prezident Zelenskinin guya qeyri-konstruktiv mövqeyində ittiham etmək istəyir. Bunun üçün isə Kiyev qarşısında açıq şəkildə qəbuledilməz şərtlər irəli sürüləcək.

Jurnalistlər qeyd edirlər ki, Putinin fiziki sağlamlığı ilə bağlı məlumatlar Moskva növbəti dəfə Rusiya və Ukrayna arasında dövlət başçıları səviyyəsində danışıqlardan imtinanın səbəblərini şərh etməyə başlayanda yoxlanıla bilər.

Konkret.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90