Putindən Makronun Azərbaycanla bağlı fikirlərinə cavab: ”Qəbuledilməzdir!”

image-putinn-1backend

Rusiya prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronun Moskvanın Cənubi Qafqazda sabitliyi pozan rolu ilə bağlı açıqlamalarının düzgün olmadığını və qəbuledilməz olduğunu bildirib. Fransa prezidenti bir müddət əvvəl bildirib ki, Rusiya Ermənistanla Azərbaycan sərhədində vəziyyəti qəsdən gərginləşdirir.

Busaat.az xəbər verir ki, bu barədə “Kommersant” yazıb.

“Eyni zamanda, təbii ki, dünən Fransa prezidentinin oktyabrın 6-da olan görüşün nəticələri ilə bağlı bəzi şərhlərini oxuyanda təəccübləndim. Düşünürəm ki, bu bəyanatlar… bu bəyanatlarla görünür ki, münaqişənin gedişatı və tərəflərin mövqeyi Fransa tərəfindən başa düşülməyib. Buna görə də bu bəyanatlar yanlış səslənir… qəbuledilməzdir”, – Putin, Astanada keçirilən MDB sammitində deyib.

O, bu məsələni Emmanuel Makronla müzakirə edəcəyini bildirib. Prezidentin sözlərinə görə, Rusiya həmişə Dağlıq Qarabağ da daxil olmaqla istənilən münaqişənin həllinə səmimiyyətlə çalışıb.

Vladimir Putin qeyd edib ki, Moskva münaqişənin həlli ilə bağlı “hər kəsin vasitəçilik səylərini” alqışlayır. “Bu, həm də istənilən tərəfə – ABŞ, Avropadan olan tərəfdaşlarımıza da aiddir”, – Rusiya prezidenti bildirib.

Xatırladaq ki, Emmanuel Makron bir müddət əvvəl Rusiyanın Ermənistanla Azərbaycan arasında baş verən son toqquşmalardan istifadə etdiyini bildirərək, Moskvanın son aylar gərginliyi Bakının xeyrinə artırdığını bildirib.

“Rusiya bu münaqişəyə müdaxilə edərək, Türkiyənin şərikliyi ilə açıq şəkildə Azərbaycanın əlinə oynayıb və yaxın vaxtlara qədər ona yaxın olan Ermənistanı zəiflətməyə çalışıb. Siz nə baş verdiyini başa düşürsünüz? Bunlar Rusiyanın sabitliyi pozmaq cəhdləridir”, – Fransa prezidenti bildirib.

Qqaynarinfo

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90