Putinin müjdəsini verdiyi peyvənddən İLK XƏBƏR

Putinin müjdəsini verdiyi peyvənddən İLK XƏBƏRbackend

Rusiyanın ikinci koronavirus peyvəndinin tətbiq olunduğu bütün könüllülərdə müsbət nəticə əldə edilib.

Busaat.az xəbər verir ki, bu barədə Rusiya İstehlakçı hüquqlarının müdafiəsi və insan rifahına nəzarət üzrə Federal Xidməti (“Rospotrebnadzor”) məlumat yayıb.

Bildirilib ki, Vektor Virologiya və Biotexnologiya Araşdırmaları İnstitutu tərəfindən ərsəyə gətirilən peyvəndin inyeksiya olunduğu bütün şəxslərin qanında koronavirusa qarşı antitel əmələ gəlibBeləliklə, peyvəndin sınaqlarının ilk mərhələsi tamamlanıb. Hazırda ikinci mərhələyə keçid edilir.

Xatırladaq ki, Rusiyada ilk peyvənd Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Tədqiqat İnstitutu tərəfindən hazırlanıb. “Sputnik V” adlı peyvənd avqustun əvvəlində dövlət tərəfindən qeydiyyata alınıb. İkinci peyvəndin müjdəsini Rusiya Prezidenti Vladimir Putin şəxsən açıqlamışdı.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90