
"Putinin Trampla görüşündən qürur duyuruq" - Macarıstan prezidenti
Macarıstan Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın görüşünə Budapeştin ev sahibliyi etməsi ilə fəxr edir.
Busaat.az xəbər verir ki, bu barədə Macarıstan Prezidenti Tamaş Szujok bolqarıstanlı həmkarı Rumen Radevlə birgə mətbuat konfransında bildirib.
“Müharibə istər Ukraynada, istərsə də Yaxın Şərqdəki münaqişəyə aid olsun, heç bir münaqişənin həlli deyil. Buna görə də biz Tramp administrasiyasının təşəbbüsünün çox vacib olduğuna inanırıq.
Biz son dərəcə qürur duyuruq ki, Budapeşt ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında görüşə ev sahibliyi edəcək”, – deyə Macarıstan Prezidenti qeyd edib.
Bundan başqa, Radev vurğulayıb ki, Macarıstan Ukraynada münaqişənin gərginləşməsi əvəzinə, diplomatiya yolu ilə nizamlanması ilə bağlı heç vaxt öz rasional və ardıcıl mövqeyindən kənara çıxmayıb.
Bundan əvvəl Macarıstanın xarici işlər naziri Peter Siyarto bəyan etmişdi ki, Macarıstan Budapeştdə Putin-Tramp görüşünün uğurla keçməsi üçün əlindən gələni edəcək. O, qeyd edib ki, ölkə Ukraynada sülhün bərqərar olması üçün vasitəçi kimi çıxış etməyə və ya hər hansı mühüm fəaliyyət göstərməyə hazırdır.
Yeganə






















