Putinlə Baydenin bir-birinə etdiyi hədiyyələr açıqlandı

image-mycollages_-_2021-06-17t054536-803backend

ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinə büllur heykəlcik və firma günəş eynəyi hədiyyə edib.

Busaat.az xəbər verir ki, bu barədə CNN telekanalı mənbəsinə istinadən bildirib.

Onun sözlərinə görə, eynək “Aviator” markasındandır.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, V.Putin öz həmkarına “Moskva” xoxloma yazı dəsti hədiyyə edib.

Qeyd edək ki, C.Baydenlə V.Putinin Cenevrədəki görüşü beş saata yaxın davam edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90