Putin Rusiyanın Qırğızıstandakı aviabazasını müdafiə sahəsində əməkdaşlığın mühüm elementi adlandırır

image-1651769680_1651073920_1651067754_220414145654-vladimir-putin-february-18-2022-filebackend

Qırğızıstanın Kant şəhərində Rusiya hərbi aviabazasının yaradılması Moskva ilə Bişkek arasında müdafiə və regional təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi üçün mühüm mərhələyə çevrilib

Busaat.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin aviabazanın 20 illiyinə həsr olunmuş mərasimdə deyib.

“Biz buraya kifayət qədər əlamətdar yubileyi – Qırğızıstan Respublikasının Kant şəhərində Rusiyanın birgə hərbi aviabazasının yaradılmasının 20 illiyini təntənəli şəkildə qeyd etmək üçün toplaşmışıq. Bu, qırğız dostlarımızla müdafiə və ümumilikdə regional təhlükəsizliyin möhkəmləndirilməsi sahəsində əməkdaşlığımız üçün mühüm mərhələdir”, – deyə o bildirib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90