Putin: “Rusiya Azərbaycan-Ermənistan sülh müqaviləsinin imzalanmasına yardım etməyə hazırdır”

image-vladimir-putin1backend

Rusiya Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına kömək etməyə hazırdır və Moskvada müvafiq danışıqlara ev sahibliyi edə bilər.

Busaat.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin deyib.

“Gündəmdə bu uzun müddətdir Bakı və İrəvan arasında davam edən münaqişəyə nəhayət son qoymaq üçün sülh müqaviləsinin hazırlanması məsələsi var. Rusiya tərəfi şübhəsiz ki, tərəfdaşlarımıza bununla bağlı hər cür kömək göstərməyə hazırdır”, – Putin Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət Başçıları Şurasının iclasında yüksək vəzifəli şəxslərin məhdud dairəsində deyib.

“Xüsusən də, biz Moskvada, lazım gələrsə, istənilən formatda danışıqların təşkili ilə də razıyıq”, – o, əlavə edib.

Rusiya dövlət başçısının sözlərinə görə, belə danışıqlara Azərbaycan və Ermənistanın xarici işlər nazirləri və hər iki tərəfin müvafiq ekspertləri arasında danışıqlar daxil olacaq.

“Əlbəttə, biz bu müzakirələrin bu ölkələrin liderləri tərəfindən imzalanacaq sülh sazişinin əldə olunması ilə yekunlaşmasına öz töhfəmizi verərdik”, – Rusiya prezidenti vurğulayıb.

“Bir daha deyirəm: Seçim həmişə müvafiq ölkədədir. Biz bu iş üçün lazımi şərait yaratmağa hazırıq”, – deyə o, söyləyib.

Putin həmçinin qeyd edib ki, son üç ildə Rusiya tərəfi Cənubi Qafqazda münaqişənin genişlənməsinin qarşısını almaq və hərbi əməliyyatlara son qoymaq üçün əhəmiyyətli səylər göstərib.

“Bütün bu müddət ərzində Rusiya-Azərbaycan-Ermənistan üçtərəfli formatında iki paytaxt Bakı və İrəvan arasında münasibətlərin normallaşmasına yönəlmiş gərgin iş aparılıb”, – Rusiya prezidenti vurğulayıb.

“Bundan əlavə, Rusiya sülhməramlıları öz səlahiyyətləri çərçivəsində öz missiyalarını davamlı olaraq yerinə yetiriblər”, – Putin əlavə edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki