Putinlə Ərdoğan yeni AES bloklarının inşasını müzakirə ediblər

image-erdoganputinbackend

“Rusiya və Türkiyə Prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Türkiyədə yeni Atom Elektrik Stansiyaları bloklarının inşa edilməsi məsələsini müzakirə ediblər”.

Busaat.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Yeni enerji blokların inşası məsələsi həqiqətən də müzakirə edilib. Türkiyə sözügedən blokları yerləşdirməyi düşündüyü konkret coğrafi nöqtələrə sahibdir. Prezidentlər əməkdaşlığımızın davam etdirilməsi imkanları barədə danışıblar”, – deyə Peskov əlavə edib.

Qeyd edək ki, sentyabrın 29-u Soçidə Putinlə Ərdoğan arasında 3 saata yaxın davam edən görüş keçirilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90