Rusiyada 20 il həkim müayinəsinə gəlməyən xəstənin qarnından 15 kq şiş çıxarıblar.
REN TV-nin xəbərinə görə, Moskvada 15 saylı Şəhər Klinik Xəstəxanasının həkimlərinə 78 yaşlı qadın müraciət edib.
Bu barədə tibb müəssisəsinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, qadın qarnında olan ağrılardan və ölçüsünün sürətlə böyüməsindən şikayətlənib.
Əməliyyat zamanı həkimlər onun qarnından 30 x 35 sm ölçüdə və 15 kq ağırlığında şiş çıxarıb.
Sonradan müalicəsini ginekoloji şöbədə davam etdirən yaşlı qadının səhhəti yaxşılaşıb.