Məzmuna keç
  • Azeri Light122.49 $▼4.00%
  • Brent neft111.23 $▲0.35%
  • WTI neft101.76 $▲0.41%
  • Avropa qazı (TTF)99.08 €▲4.82%
  • Təbii qaz (ABŞ)3.065 $▲0.03%
  • Qızıl4 070 $▲0.35%
  • Gümüş54.13 $▲0.03%
  • Pambıq77.97 ¢▼0.09%
  • Buğda612.50 ¢▲0.16%
  • Bitcoin80 838 $▲0.05%
  • Ethereum2 345 $▼0.09%
  • S&P 5007 723▲0.60%
16°Bakı
  • USD1.6994▼0.0017
  • EUR1.8957▼0.0094
  • 100 RUB2.1100▲0.0081
  • GBP2.2649▼0.0071
  • TRY0.0341▼0.0001
  • AED0.4627▼0.0005
  • CNY0.2544▼0.0001
  • GEL0.6548▲0.0001
  • 100 KZT0.3735▼0.0030
  • UAH0.0373▼0.0001
  • 100 JPY1.0775▼0.0039
  • CHF2.0517▼0.0090
  • USD1.6994▼0.0017
  • EUR1.8957▼0.0094
  • 100 RUB2.1100▲0.0081
  • GBP2.2649▼0.0071
  • TRY0.0341▼0.0001
  • AED0.4627▼0.0005
  • CNY0.2544▼0.0001
  • GEL0.6548▲0.0001
  • 100 KZT0.3735▼0.0030
  • UAH0.0373▼0.0001
  • 100 JPY1.0775▼0.0039
  • CHF2.0517▼0.0090
Gündəm

Qanlı gecəni fotokameranın gözü ilə dünyaya çatdıran şahid - VİDEO

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Qanlı 20 yanvar hadisələrinin canlı şahidələrinin sayı hesabı yoxdur. Həmin gecə baş verənləri öz gözləri ilə görüb, fotokameranın gözü ilə dünyaya çatdıranlardan biri də tanınmış fotojurnalist, əməkdar mədəniyyət işçisi Fərid Xayrulindir.

Busaat.az  xəbər verir ki, yanvarın 22-də faciə qurbanlarının dəfni üçün Azadlıq meydanına toplanan insanların fotosu onun ən məşhur işlərindən biridir.

F.Xayrulin həmin gecəni isə belə xatırlayır:

“Yanvarın 19-dan 20-nə keçən gecə mənə redaksiyadan zəng etdilər və olanlar barəsində məlumat verdilər. Dedilər ki, səhər tezdən işdə olmaq lazımdır. Mən həmin səhər doğma qardaşımı Moskvaya ezamiyyətə yola salmalı idim. Və ilk növbədə təbii olaraq aereporta zəng etdim ki, təyyarə barəsində məlumat alım. Polkovnik İvanov mənə dedi ki, aereport işləyir amma komendant saatıdı. Komendant saatı tətbiq olunmuşdu, amma teleqüllə partladıldığından caamatın bundan xəbəri yox idi. Buna görə də saat 6-ya kimi evdən çıxmamağı tapşırdılar”.

Faciəni fotolara çəkməyə gəldikdə isə F.Xayruli bunları deyib:

“Yolun tən ortasında kamaz vardı. Kamazın yan şüşələri güllədən dəlmə-deşik olmuşdu. Ordan iri dəliklər açılmışdı. Salonda isə dəhşətli bir mənzərə var idi. Mən şəhəri dolaşdıqca bildim ki, ən dəhşətli mənzərə “Salyanski kazarma”nın yanında olacaq. Maşından enəndə atəş səsləri eşitdim. Pulemyot, avtomat.. İlk gördüyüm “Salyanski kazarma”nın yaxınındakı döngədə, işıqforun yaxınlığında cəsədlərdən təpə düzəldilmişdi. Bu dəhşətli mənzərə idi. Mən ilk dəfə belə bir şey görürdüm”.

Qeyd edək ki, F.Xayrulinin yanvar hadisələri zamanı çəkdiyi şəkillər beynəlxalq informasiya agentiklərində nəşr olunub. Dəhşətli şərtlərə baxmayaraq, o, işləməyə davam edib. Çəkdiyi fotolar bu gün də həmin gecənin acısını, dəhşətini göstərir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=2343