“Qarabağ” yay fasiləsində ilk oyununa çıxacaq

image-2jpg-1749742013backend

“Qarabağ”ın mövsümlərarası fasilədə keçirəcəyi ilk yoxlama oyununun vaxtı və rəqib müəyyənləşib.

Busaat.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri Bakıda təşkil olunacaq təlim-məşq toplanışında “Zirə” ilə qarşılaşacaq.

Matç iyunun 30-da keçiriləcək. Qarşılaşma “Azersun Arena”da baş tutacaq.

Qeyd edək ki, iyunun 18-dən iyulun 2-dək Bakıda toplanış keçəcək komanda hazırlığını Avstriyada davam etdirəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki