
“Qarabağ” yoluna Avropa Konfrans Liqasında davam edəcək
Bu gün Avropa Liqasında qrup mərhələsinə yekun vurulacaq.
Busaat.az xəbər verir ki, təmsilçimiz “Qarabağ” da qrupda son matçına çıxıb.
Qurban Qurbanovun komandası Bakıda “Frayburq”u qəbul edir. Qrupda 1-ci yeri təmin edən Almaniya təmsilçisi üçün görüş formal xarakter daşısa da, “Qarabağ” üçün vacib matçdır. Almaniyadakı görüşdə bu rəqibinə uduzan (1:2) “Qarabağ” pley-offa yüksəlmək üçün bu dəfə qalib gəlməlidir. Təmsilçimiz bugünkü görüşdə qələbə qazanmadan da mərhələni adlaya bilər. Bunun üçün “Nant” “Olimpiakos”la Yunanıstanda keçiriləcək görüşdə xal itirməlidir.
Qeyd edək ki, Çempionlar Liqasında 1/8 finalın, Avropa Liqası və Konfrans Liqasında pley-offun püşkü noyabrın 7-də atılacaq.























