Məzmuna keç
  • Brent neft93.41 $▲1.05%
  • WTI neft87.34 $▲0.81%
  • Avropa qazı (TTF)86.11 €▲1.36%
  • Təbii qaz (ABŞ)3.252 $▼1.19%
  • Qızıl3 998 $▼1.39%
  • Gümüş51.98 $▼1.03%
  • Pambıq82.35 ¢▲5.21%
  • Buğda597.75 ¢▲0.63%
  • Bitcoin74 401 $▲0.95%
  • Ethereum2 087 $▲1.78%
  • S&P 5007 637▲1.52%
12°Bakı
  • USD1.7000
  • EUR1.8981▼0.0056
  • 100 RUB2.0422▼0.0418
  • GBP2.2693▼0.0141
  • TRY0.0338▼0.0001
  • AED0.4628
  • CNY0.2547▼0.0002
  • GEL0.6564▲0.0003
  • 100 KZT0.3798▲0.0030
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0708▼0.0060
  • CHF2.0587▼0.0220
  • USD1.7000
  • EUR1.8981▼0.0056
  • 100 RUB2.0422▼0.0418
  • GBP2.2693▼0.0141
  • TRY0.0338▼0.0001
  • AED0.4628
  • CNY0.2547▼0.0002
  • GEL0.6564▲0.0003
  • 100 KZT0.3798▲0.0030
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0708▼0.0060
  • CHF2.0587▼0.0220
Son dəqiqə

Qarabağa qayıdan köçkünlərin Bakıdakı evləri bu şəxslərə verilir

image-1759819499_resize-54
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ermənistanın hərbi təcavüzü nəticəsində doğma yurdlarından didərgin düşən on minlərlə məcburi köçkün uzun illərdir ölkənin müxtəlif bölgələrində salınmış qəsəbə və şəhərciklərdə məskunlaşıb. Vətən müharibəsindən sonra Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə köçkünlərin öz doğma torpaqlarına qayıdışı artıq mərhələli şəkildə həyata keçirilir.

Doğma yurdlarına qayıdan insanların köçkün qəsəbələrindəki evləri və şəhərciklərdəki mənzilləri boşaldığından bu yaşayış obyektlərinin gələcək taleyi aktuallıq kəsb edir.

Busaat.az xəbər verir ki, mövzu ilə bağlı Modern.az-ın sorğusuna Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib ki, işğaldan azad olunmuş ərazilərə ilk növbədə qəzalı və ağır şəraitdə – yataqxana, sanatoriya, yarımçıq tikililər kimi müxtəlif müvəqqəti məskunlaşma obyektlərində, eləcə də başqasına məxsus mənzillərdə müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlər köçürülür.

Qarabağa köç edən keçmiş məcburi köçkünlərin Bakı, Sumqayıt və digər şəhər və rayonlarda olan evləri müvəqqəti olaraq başqa məcburi köçkünlərə verilir

“Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə inşa olunmuş və onların müvəqqəti məskunlaşdıqları yaşayış komplekslərindən köçürülmə çox az hallarda baş verir. Belə hallarda boşalmış mənzilin digər məcburi köçkün ailəsinə verilərkən, onların sosial statusu daha çox nəzərə alınır”.

Qeyd edək ki, Nazirlər Kabinetinin “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında 65 saylı qərarına əsasən, məcburi köçkünlərə müvəqqəti istifadə üçün verilmiş yaşayış sahələrini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişdirmək, ipoteka predmeti kimi istifadə etmək və digər yollarla özgəninkiləşdirmək olmaz, onlar həmçinin başqasını həmin evə köçürmək hüququna malik deyillər.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=173744