Qarabağda atəşkəslə birlikdə yeni dövr başlayıb: “Ən çətini bundan sonra başlayır”

image-demirbackend

Politoloq Ülkər Piriyeva: “Qarabağda atəşkəs ilə birlikdə yeni bir dövr başladı”

“Ermənistanı erkən seçkilərə məcbur etmək kimi hallar yaşandı doğru. Məsələn, baş qərargah rəisinin istefaya getməsi qərarına prezident tərəfindən veto qoyulması kimi. Belə ki, Prezident Sərkisyan, Gasparyanın istefası üçün son tarixin bitməsinə 10 saat qalmış müxalifətin tərəfində durdu. İşdən çıxarılma fərmanını imzalamayan Sərkisyan Paşinyana “Milli maraqları nəzərə alaraq Baş Qərargahda kadr dəyişikliyini qəbul etmirəm” qeydini geri göndərdi. Beləliklə, üç gün əvvəl Ermənistanda ordu ilə baş nazir arasında yaranan memorandum böhranı, ölkəni Paşinyan üçün itirildiyi qəti hesab edilən erkən seçkilərə sövq etməyə başladı”.

Bunu Busaat.az-a açıqlamasında politoloq Ülkər Piriyeva deyib.

“Ancaq əsl məsələyə gələk. Paşinyan Üçtərəfli bəyanatı öz adına yox, dövləti adına imzaladı. O imzanı atanlar dünyalarını dəyişsələr belə, o bəyanat daim qüvvədə qalacaq. Amma diqqət etmək lazımdır ki, burada bir rus oyunu varmı? Məlumdur ki, Rusiya Paşinyanı istəmir. Rusiya özünə yaxın birini hakimiyyətə gətirmək istəyir. O anda bir şey olmasa belə Rusiya bunu mütləq tətbiq edəcəkdir. Lakin hər zamankı kimi Rusiyanın planlarını uzunmüddətli zamana yayaraq həyata keçirmə siyasəti var. Yəni, keçən ay məsələn “Paşinyanı Rusiya belə hakimiyyətdən sala bilmədi”- deyə sözlər ortada gəzirdi ortada. Ancaq bir şey dəqiqdir, Paşinyanı hakimiyyətdən salmaq Rusiya üçün çox da çətin bir məsələ deyil. Lakin Kreml heç vaxt Beynəlxalq hüquq çərçivəsindən kənarda hərəkət etməz. O səbəbdən planlarını hər zaman zamana yayar. Rusiya məlumdur ki, seçim üçün özünə yaxın olanı dəstəkləyəcəkdir. Paşinyan da Rusiyanın onu istəmədiyini bilir”-deyə, politoloq vurğulayıb.

image-ulker
Ülkər Piriyeva-Politoloq

O, Ancaq Paşinyanın uduzsa belə, ona dəstəyin davam edəcəyini əlavə edib: “Belə bir halda bir tərəfdən sual yaranır. Paşinyan qorxmurmu seçimə getməkdən? Əlbəttə ki, qorxur. Lakin digər tərəfdən unutmaq olmaz ki, Paşinyan diaspora tərəfdən yaxşı dəstək alır, eləcə də, Qərb dəstəkləyir, beləliklə dəstək verənlər onun hakimiyyətdə qalması üçün işləyirlər. Bununla bağlı da onlar beynəlxalq hüquq çərçivəsində bir şeylər etməlidirlər. Geriyə hər iki tərəf üçün tək “demokratik yol” seçimə getmək qalır.  Ancaq bir ehtimal kimi, Paşinyan uduzarsa, onun imzası keçərli deyil deyə Rusiya plan hazırlayaraq özünə yaxın hakimiyyətə gətirə biləcəyi adamla bağlı yeni bir bəyanat hazırlayarmı? Bunu hazırda bilə bilmərik. Yaşayıb görmək lazımdır. Ancaq hazırda, belə bir şey yoxdur. 10 Noyabr bəyanatı hər şəkildə davam edəcəkdir. Paşinyan istefa da etsə, parlament özünü buraxsa da belə, bəyanatdakı maddələr tətbiq edilməyə davam edəcəkdir. Dəyişən bir şey olmayacaqdır. Belə ki, diqqət etsək, görərik ki, Rusiya son ana qədər gözlədi, əslində Rusiya istəsəydi, Ermənistana elə ikinci, üçüncü günü müdaxilə edə bilərdi, lakin son ana qədər Rusiya gözlədi ki, Paşinyan yaxşıca küncə sıxışsın. Çünki bilirdi ki, sonunda yenə də Rusiyadan imdad istəyəcək”.

“O səbəbdən, Rusiyanın qabağında Ermənistan dayana bilməz. Paşinyan seçkini qazana da bilər. Ancaq qazansa belə, Rusiyanın təzyiqi üzərində davam edəcəkdir. Yəni, daha dəqiq baxsaq, Paşinyanlıq ortada bir şey yoxdur. O, hakimiyyətdə qalsa da, getsə də, maddələr yerində qalır. Yəni, qısacası Ermənistan seçkiyə görə, 3 ay boyunca ertələsə nə olar, ertələməsə nə olar. Bir reallıq var ki, Azərbaycan həm siyasət meydanında, həm də döyüş meydanında Tarixi Zəfər çaldı. Ölkəmiz güclü siyasi lideri, Müzəffər Ordumuzun Ali Baş Komandanı cənab İlham Əliyevin öndərliyində  qalib gəldi. Cənab Prezident İlham Əliyev, Ermənistanı dünyanın gözü önündə “Dəmir Yumruq”la diz çökdürdü. Beləliklə, Qarabağda atəşkəs ilə birlikdə yeni bir dövr başladı. Ən vacib və çətin an bundan sonra başlayır. Yəni, bizim üçün önəmli olan önümüzdəki, 5 ildir. Belə ki, 9 maddədən ibarət olan atəşkəs razılaşması var. Bundan sonra elə addımlar atılmalıdır ki, 5 illik müddətdən sonra bölgədəki hər şey Azərbaycanın xeyrinə olsun. Çox-çox əhəmiyyətli bir dövrdəyik”-Piriyeva qeyd edib.

Müsahibimiz Rusiya sülhməramlılarının Qarabağda mövcud olmasına da toxunub: ” Yəni artıq rus hərbi qüvvələri – sülhməramlıları Qarabağda. Eyni zamanda Laçın dəhlizi də bəyanata əsasən bundan sonra rus sülhməramlılarının nəzarətində. Razılaşmanın 4-cü maddəsində deyilir: “Rusiya Federasiyasının sülhməramlı qüvvələrinin səlahiyyət müddəti 5 ildir və tərəflərdən heç biri bu müddəanın bitməsindən 6 ay əvvəl bildirmədikdə, növbəti 5 ilə qədər avtomatik olaraq uzanacaqdır”. Yəni, Azərbaycan və ya Ermənistan heç biri 4 ildən sonra “bölgədə Rusiya gücünü istəmirəm” deməsə, müqavilə daha 5 il uzadılacaq. Başqa bir məsələ, bölgədəki bu 5 illik müddət Ermənistanda kin-küdurəti artıra bilərmi sualıdır. Onsuzda düşmənlərə görə düşmənçiliyi nə qədər artıra biləcəklər? Bu çox vacib bir məsələ, ermənilər bu 5 illik atəşkəs müddətini özləri üçün yeni bir strategiya müəyyənləşdirmək və bunu həyata keçirmək yolunda vaxt qazanmaq üçün istifadə edə bilərlərmi? Bunu müharibə zamanı imzalanan atəşkəslərə riayət etmədikləri zamanlarda onsuzda gördük. Bərdə, Gəncə, Mingəçevirdə törətdikləri terrorlar və başqaları. Ola bilər, hərbi hücum edə bilməzlər, lakin yan tərəfimizdə illərlə bizə faciələr yaşadan bir düşmənin olduğunu siyasi olaraq hər zaman ağlımızda tutmaq önəmlidir”.

“Digər tərəfdən, Cənab Prezidentimiz İlham Əliyev bölgənin sülhü üçün gərginliyə son qoyub buranı yenidən qurmağın nə qədər vacib olduğunu vurğuladı. Başqa sözlə, həm Rusiyanı, həm də Ermənistanı razılaşmaya sadiq qalmağa çağırdı. Beləliklə, Azərbaycan dövlətinin, ölkə başçısının siyasi mövqeyi olduqca doğru bir addım idi.. İkinci Qarabağ müharibəsini Zəfər ilə başa vuran Azərbaycan dövləti ərazi bütövlüyünü bərpa etdi. Bu zəfər xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi oldu, 44 gün davam edən döyüşlər və qazanılan möhtəşəm Zəfər məhz, Prezident İlham Əliyevin yenilməz qətiyyətini, Ali Baş Komandanı olduğu Ordumuzun qüdrətini və  xalqımızın milli birliyini bütün dünyaya nümayiş etdirdi. Hər birimizə məlumdur ki, Şanlı Zəfərimizdən sonra Cənab Prezidentimiz İlham Əliyev tərəfindən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması istiqamətində atılan ilk addımlar isə yolların çəkilməsi oldu. Mükəmməl addımdır. Çünki Ulu Öndərimizin də vaxtilə, qeyd etdiyi kimi, “Yol inkişaf deməkdir” və Qarabağın dirçəlişinə aparan “Böyük Qayıdış” proqramının birinci mərhələsi işğaldan azad olunmuş ərazilərimizdə yeni yol-nəqliyyat infrastrukturunun yaradılması oldu. Sözsüz ki, yollar olmadan heç bir ərazinin yüksəlişini, sosial iqtisadi inkişafını təmin etmək mümkün deyil. Şuşanın mədəniyyət paytaxtı elan edilməsi, Füzulidə beynəlxalq hava limanı, Qarabağın qalxınması istiqamətində görüləcək işlərlə bağlı Qarabağ Dirçəliş Fondunun açılması da onun təzahürüdür ki, biz “Qarabağımızı” da qısa müddətdə bərpa edəcəyik”-analtik fikrini yekunlaşdırıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90