Qazaxıstan, Qırğızıstan və Özbəkistan işıqsız qaldı

image-ishig-1backend

Yanvarın 25-i Qazaxıstan, Qırğızıstan və Özbəkistanın bir sıra şəhərlərində elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Busaat.az “İzvestiya”ya istinadən xəbər verir ki, əsas olaraq Almatı şəhərində, Almatı vilayətində, Bişkek və Daşkənddə elektrik enerjisinin verilişi kəsilib.

Qırğızıstan paytaxtının da böyük hissəsi işıqsız qalıb. Bişkek şəhərində işıqforlar işləmir, nasos stansiyasının işinin dayanması səbəbindən hündürmərtəbəli evlərdə su kəsilib.

Şahidlərin sözlərinə görə, Qırğızıstanın digər böyük şəhərlərində də hazırda işıq yoxdur.

Eyni zamanda, Özbəkistanın da bir çox bölgəsində elektrik enerjisi kəsilib.

“AKİpress” yazır ki, ilkin məlumata görə, regionda kütləvi şəkildə elektrik enerjisinin kəsilməsi Mərkəzi Asiyanın vahid enerji sistemində baş vermiş qəza ilə bağlı ola bilər.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90