Məzmuna keç
  • Brent neft92.90 $▲0.50%
  • WTI neft86.87 $▲0.27%
  • Avropa qazı (TTF)87.00 €▲2.41%
  • Təbii qaz (ABŞ)3.294 $▲0.09%
  • Qızıl4 010 $▼1.09%
  • Gümüş52.17 $▼0.67%
  • Pambıq82.35 ¢▲5.21%
  • Buğda599.50 ¢▲0.93%
  • Bitcoin74 504 $▲1.09%
  • Ethereum2 091 $▲1.98%
  • S&P 5007 633▲1.48%
12°Bakı
  • USD1.7000
  • EUR1.8981▼0.0056
  • 100 RUB2.0422▼0.0418
  • GBP2.2693▼0.0141
  • TRY0.0338▼0.0001
  • AED0.4628
  • CNY0.2547▼0.0002
  • GEL0.6564▲0.0003
  • 100 KZT0.3798▲0.0030
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0708▼0.0060
  • CHF2.0587▼0.0220
  • USD1.7000
  • EUR1.8981▼0.0056
  • 100 RUB2.0422▼0.0418
  • GBP2.2693▼0.0141
  • TRY0.0338▼0.0001
  • AED0.4628
  • CNY0.2547▼0.0002
  • GEL0.6564▲0.0003
  • 100 KZT0.3798▲0.0030
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0708▼0.0060
  • CHF2.0587▼0.0220
Son dəqiqə

Qazi maşını o qədər “prava”sız sürüb ki, 34 min cərimə yığılıb - VİDEO

image-1-13
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Cənab Prezidentin mənə verdiyi avtomobili “Nəvai” postunda saxlayaraq əlimdən alıblar. Buna səbəb kimi 34 min manat cəriməmin olduğunu deyiblər”.

Busaat.az xəbər verir ki, bunu Baku TV-yə müsahibəsində qazi Rəşad Əhmədli deyib.

“Bu günə kimi heç bir yol polisi məni saxlayıb deməyib ki, bu qədər cəriməm var, ya da “pravam” yoxdur. Maşınım cərimə meydançasına aparıldığı gündən bu yana cərimələrimin üstünə faiz gəlir. Qayda pozuntusu etmiş ola bilərəm, amma birinci dəfə cərimə olunsaydım, bir daha buna yol verməzdim”, – deyə şikayətçi əlavə edib.

O bu vaxta qədər sürücülük vəsiqəsi almamasına isə belə bəhanə gətirib: “Elə bilirdim ki, əlillərə “prava” verilmir. Amma nazirliyin icazə kağızı ilə sürücülük vəsiqəsi almaq olurmuş”.

Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, Rəşad Əhmədlinin sözügedən məsələ ilə bağlı müraciəti nəzarət qaydasında araşdırılıb: “Araşdırma zamanı onun törətdiyi yol hərəkəti qaydaları əleyhinə olan hüquq pozuntuları ilə bağlı yaranmış cərimə öhdəliklərinə xitam verilməsinə dair hüquqi əsaslar müəyyən olunmayıb”.

Daha ətraflı videomaterialda:

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=173978