Bakıda qazıntı zamanı qadın meyiti aşkar edilib.
Busaat.az Qafqazinfo-ya istinadla xəbər verir ki, hadisə dünən, saat 13 radələrində Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən və “Azbadam” şirkətinə məxsus badam bağında qeydə alınıb. Ərazidə traktorla qazıntı işi aparılarkən torpağa basdırılmış və sellofana bükülmüş şəkildə olan qadın meyiti aşkar edilib.
İlkin baxış zamanı meyit üzərində hər hansı xəsarət aşkar edilməyib.
Meyitin kimə məxsus olması, kim tərəfindən orada basdırılması, hansı şəraitdə ölməsi və ya öldürülməsi məlum deyil.
Faktla bağlı araşdırmalar aparılır.