“Qəbələ” futbolçusu Gilad Abramovla yollarını ayırıb.
Busaat.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, 24 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
2023-cü ilin iyulundan “Qəbələ”də çıxış edən israilli futbolçu “qırmızı-qara” formada 23 matç keçirib. Gilad Premyer Liqada 19, Azərbaycan kubokunda 2, Konfrans Liqasında 2 oyunda iştirak edib.