Qətərdə ölkə tarixində ilk dəfə parlament seçkiləri keçirilir.
Busaat.az xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti” yayıb. Məlumata görə, Qətərin Məclis-eş Şuraya (Parlament funksiyalarını yerinə yetirən məsləhət şurası) seçkilər ölkə üzrə 30 seçki dairəsində keçirilir.
Bildirilir ki, məsləhət şurasında 30 yer üçün 284 nəfər namizədliyini irəli sürüb. Sözügedən namizədlərin yalnız 10%-ni qadınlar təşkil edir. Seçiçilərin sayı isə təqribən 300 min nəfərdir.
Qeyd edək ki, Qətərin məsləhət şurası 1972-ci ildə yaradılıb və dövlət tərəfindən təyin edilən 20 üzvdən ibarət olub. Ölkənin 2003 -cü ildə qəbul edilən ilk daimi konstitusiyasına görə, 30 millət vəkili seçilməli, 15-i isə əmir tərəfindən təyin olunmalıdır. Lakin bu qərar qəbul edildikdən sonra, parlamentdə yalnız əmir tərəfindən təyin edilən şəxslər təmsil olunurdu. Belə ki, seçkilərin keçirilməsi bir neçə dəfə təxirə salınmışdı. Parlamentə seçkilərin keçirilməsi barədə qərarı isə Qətər əmiri Tamim ben Hamad Al Tani cari ilin avqust ayında verib.