Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 261 $▲0.24%
  • Ethereum1 786 $▲1.02%
  • S&P 5007 562▼0.40%
17°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Kriminal

Qızlarını döyən ata həbs olundu - YENİLƏNİB

image-841e0eda-0c75-4549-95ba-5bbee977dc97
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bakıda kişinin azyaşlıya qarşı zorakılıq etməsini əks etdirən görüntülər yayılıb. Videoda onun balaca qıza qarşı kobud davranması, saçını dartması və başına güclü zərbələr vurması görünür. Bundan qorxan uşaq ağladığı zaman isə kişi azyaşlıya bunu belə irad tutur.

DİN-in Mətbuat xidmətinin əməkdaşı polis mayoru Anar Qafarov “Qafqazinfo”ya bildirib ki, sözügedən görüntülər araşdırılıb.

Onun sözlərinə görə, azyaşlıya qarşı zorakılıq edən Bakı sakini Elnur Məmmədov barəsində cinayət işi başlanılıb: “Əməlin Bakı şəhəri Türkan qəsəbəsi sakini, 1983-cü il təvəllüdlü Elnur Məmmədov tərəfindən törədilməsi müəyyən olunub. Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Elnur Məmmədov şübhəli şəxs qismində saxlanılıb. Araşdırmalar davam etdirilir”.

Qeyd edək ki, hadisədən əvvəl E.Məmmədovun həyat yoldaşını döyməsi, daha sonra ananın qızına qarşı edilən zorakılığı telefonla çəkməsi iddia edilir.

***

Qızlarına şiddət göstərən Elnur Məmmədov barəsində məhkəmənin qərarı ilə 3 ay müddətə həbs qətimkan tədbiri seçilib.

Bu barədə DİN-in Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=135407