Məzmuna keç
  • Azeri Light98.41 $▲0.81%
  • Brent neft88.70 $▼1.50%
  • WTI neft81.94 $▼1.27%
  • Avropa qazı (TTF)88.70 €▲5.03%
  • Təbii qaz (ABŞ)3.636 $▲12.53%
  • Qızıl3 546 $▲0.38%
  • Gümüş41.50 $▲0.34%
  • Pambıq79.43 ¢▼0.70%
  • Buğda593.25 ¢▲0.17%
  • Bitcoin59 465 $▼3.95%
  • Ethereum1 650 $▼6.03%
  • S&P 5007 088▼1.25%
14°Bakı
  • USD1.7000
  • EUR1.8666▲0.0029
  • 100 RUB2.0737▲0.0107
  • GBP2.2283▼0.0042
  • TRY0.0336▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0002
  • GEL0.6564
  • 100 KZT0.3777▼0.0049
  • UAH0.0378▲0.0001
  • 100 JPY1.0682▲0.0029
  • CHF2.0186▲0.0035
  • USD1.7000
  • EUR1.8666▲0.0029
  • 100 RUB2.0737▲0.0107
  • GBP2.2283▼0.0042
  • TRY0.0336▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0002
  • GEL0.6564
  • 100 KZT0.3777▼0.0049
  • UAH0.0378▲0.0001
  • 100 JPY1.0682▲0.0029
  • CHF2.0186▲0.0035
Gündəm

“Raketlə bağlı heç nə deyə bilmərəm, məlumatım yoxdur” – Peskov

image-peskov-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Kreml hələ də Azərbaycan hərbçilərinin Dağlıq Qarabağda tapdığı “İskəndər” Operativ-Taktiki Raket Kompleksinin qalıqları barədə məlumata sahib deyil”.

Busaat.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “İskəndər”lə bağlı növbəti açıqlamasında bildirib.

“Raketlə bağlı heç nə deyə bilmərəm, məlumatım yoxdur”,- deyə Kreml rəsmisi jurnalistlərin sualına cavabında qeyd edib.

Xatırladaq ki, aprelin 2-də Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyi (ANAMA) Dağlıq Qarabağ ərazisində “İskəndər” raketlərinin qalıqlarının tapıldığını açıqlayıb. Parçaların Şuşa şəhərində 15 mart 2021-ci il tarixində ərazilərin minalardan təmizlənərkən tapıldığı qeyd olunub. Daha sonra KİV-də raketlərin quyruq hissələrini və işarələri olan parçaları göstərən fotolar yayımlanıb.

25 fevralda Rusiya Müdafiə Nazirliyi “İskəndər” OTRK-nın Dağlıq Qarabağdakı hərbi münaqişə zamanı istifadə olunmadığını bildirmişdi. Şöbə nümayəndəsi raketlərin hamısının Ermənistanın hərbi anbarlarında olduğunu qeyd etmişdi.

Dmitri Peskov isə daha öncə verdiyi açıqlamada Kremlin Şuşaya “İskəndər”in atılması xəbərindən məlumatsız olduğunu bildirmişdi.

Bu məqamda qeyd edək ki, bir qrup azərbaycanlı jurnalist Rusiyanın Azərbaycandakı səfirliyinə müraciət edərək “İskəndər”lə bağlı faktın tam və hərtərəfli təhqiqatının aparılmasını istəyib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=42942