Ramin Bayramlıdan vaksinlərin effektivliyi ilə bağlı açıqlama

Ramin Bayramlıdan  vaksinlərin effektivliyi ilə bağlı açıqlamabackend

ABŞ-da hazırlanan vaksinin 95%, Rusiyada hazırlanan vaksinlərin 92% effektiv olması ilə bağlı istehsalçı ölkədən məlumatlar verilib”.

Busaat.az xəbər verir ki, bunu TƏBİB sədri Ramin Bayramlı deyib. O bildirib ki, hazır olan vaksinlərdən Pekində yerləşən “Sinovac Biotech” şirkətinin COVID-19 peyvəndi “CoronaVac”ın ilkin nəticələrə görə 95-97% effektivliyinin olması açıqlanıb.

“Bu vaksin inaktiv üsulla hazırlandığından daha təhlükəsizdir. Çin vaksininin saxlanma şəraiti nisbətən münasibdir. Rusiya, ABŞ və Çin koronavirusa qarşı vaksin hazırlayır. Vaksinlərin bu günə qədər hər hansı əlavə təsiri müəyyən olunmayıb. “SinoVac” şirkətinin vaksini inaktiv, “BioNTech” vaksini sintetik kodla kimyəvi üsulla çoxaldılır”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90