Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft91.24 $▼7.22%
  • WTI neft85.73 $▼6.11%
  • Avropa qazı (TTF)82.33 €▼3.81%
  • Təbii qaz (ABŞ)3.209 $▲6.15%
  • Qızıl4 136 $▲0.05%
  • Gümüş53.25 $▲0.24%
  • Pambıq78.65 ¢▲0.38%
  • Buğda587.50 ¢▼0.68%
  • Bitcoin74 728 $▲0.00%
  • Ethereum2 124 $▼0.03%
  • S&P 5007 563▲2.55%
7°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Kriminal

"Range Rover"lə təhlükəli manevr edən sürücü həbs olunub

image-ly9gfzt1jwlfvc5gbsvtzbsmagshrrigap5quh09_825
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Range Rover”lə təhlükəli manevr edən sürücü həbs olunub.

Bu barədə Busaat.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, BDYPİ-nin 11-ci taqımının əməkdaşları tərəfindən Ələt–Astara avtomobil yolunun 143-cü kilometrində hərəkət zamanı qayda pozuntularına yol verən “Range Rover” markalı, 90-YC-977 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi saxlanılıb.

Məsuliyyətdən yayınmaq məqsədilə təhlükəli manevrlər edən sürücünün hərəkətlərinin qarşısı alınaraq qanunvericiliyə uyğun tədbirlər görülüb.

Araşdırmalarla sürücü Əli Rəsulovun nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında, sərxoş vəziyyətdə idarə etməsi müəyyən edilib. Faktla bağlı toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Ə.Rəsulov inzibati qaydada həbs edilib.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha bildirir ki, yol hərəkəti qaydalarını kobud şəkildə pozan, digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün təhlükə yaradan sürücülərlə bağlı qanunvericiliyin tələblərinə uyğun qətiyyətli tədbirlər görülür və bu istiqamətdə nəzarət davam etdirilir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=179327