Rayon yolunda maşını aşıran müğənni və prodüserin SON GÖRÜNTÜSÜ YAYILDI – Bu haldadırlar… – VİDEO

image-screenshot-2024-10-16-221718backend

Oktyabrın 12-sində Ucar rayonuna toy şənliyində iştirak etmək üçün gedərkən qəzaya düşən müğənni və prodüserindən xəbər var.

Busaat.az xəbər verir ki, parol.az-ın əldə etdiyi kadrlardan da görünür ki, 1991-ci il təvəllüdlü Şəlalə Əlisar qızı Yağızın (müğənni Şəlalə Nicat) burnu qırılıb, başqa ciddi bir xəsarəti yoxdur. Nisbətən daha ağır xəsarət alan 1996-cə il təvəllüdlü prodüseri isə artıq palataya yerləşdirilib, vəziyyəti orta-stabildir.

Qeyd edək ki, 1991-ci il təvəllüdlü Şəlalə Əlisar qızı Yağız (Şəlalə Nicat) idarə etdiyi “KİA” markalı avtomobili yoldan çıxararaq aşırması nəticəsində baş verən hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Muğan qəsəbəsinin ərazisindən keçən hissəsində qeydə alınmışdı.

Onların qəzadan sonrakı vəziyyətlərini təqdim edirik:

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki