Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft98.18 $▼1.49%
  • WTI neft90.67 $▼0.85%
  • Avropa qazı (TTF)87.51 €▼2.38%
  • Təbii qaz (ABŞ)3.004 $▲1.62%
  • Qızıl4 074 $▲0.49%
  • Gümüş51.87 $▲0.63%
  • Pambıq78.70 ¢▲0.45%
  • Buğda591.75 ¢▼0.59%
  • Bitcoin75 901 $▼0.08%
  • Ethereum2 232 $▼0.11%
  • S&P 5007 354▼4.36%
13°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
Cəmiyyət

Rayonlara gedənlərin diqqətinə - RƏSMİ

image-1501221
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Baş Dövlət Yol Polisi İdarəsinin həftəsonu yollardakı vəziyyətlə bağlı müraciət edib.

Busaat.az xəbər verir ki, yollarda hərəkət intensivliyinin artması qəza ehtimalına təsirsiz ötüşmür.

Bu mənada həftəsonları, xüsusilə avtomagistrallarda nəqliyyat axınının sürətlənməsi sürücülərdən daha da məsuliyyətli olmağı tələb edir.

Təəssüf ki, bəzən sürücülərin yola çıxarkən zəruri təhlükəsizlik qaydalarına əməl etməməsi, hərəkət zamanı məsuliyyətsiz davranması həftəsonu ağırlıq dərəcəsi yüksək olan qəzalara səbəb olur.

Baş Dövlət Yol Polisi İdarəsi xüsusilə səfərə hazırlaşan sürücülərə müraciət edərək, onlara mənzil başına təhlükəsiz çatmaq üçün nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, sürət rejiminə, ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi, yol və hava şəraitini nəzərə almağı, yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyi tövsiyə edir.

Planlaşdırdığımız səfərlərin xoş təəssüratlarla gercəkləşməsi üçün qaydalara riayət edək!

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=177316