Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft98.11 $▼1.56%
  • WTI neft90.69 $▼0.83%
  • Avropa qazı (TTF)85.85 €▼4.23%
  • Təbii qaz (ABŞ)2.998 $▲1.42%
  • Qızıl4 043 $▼0.27%
  • Gümüş51.54 $▼0.02%
  • Pambıq78.34 ¢▼0.01%
  • Buğda592.75 ¢▼0.42%
  • Bitcoin75 820 $▼0.19%
  • Ethereum2 239 $▲0.20%
  • S&P 5007 424▲0.91%
13°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071

Rəcəb Tayyib Ərdoğan və Ənvər İbrahim birgə mətbuat konfransında çıxış ediblər

image-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib: “İsrail Fələstin ərazilərinin işğalına son qoymalı və vurduğu ziyanı kompensasiya etməlidir”.

Malayziyada səfərdə olan Rəcəb Tayyib Ərdoğan bu ölkənin Baş naziri Ənvər İbrahim ilə birgə mətbuat konfransında çıxış edib.

Rəcəb Tayyib Ərdoğan deyib: ”Türkiyə ilə Malayziya arasındakı 5 milyard dollarlıq ikitərəfli ticarət həcmini 10 milyard dollara çatdırmaq qərarına gəldik”.

Yaxın Şərqdəki vəziyyəti qiymətləndirən Rəcəb Tayyib Ərdoğan deyib:

“İsrail Fələstin ərazilərinin işğalına son qoymalı və vurduğu ziyanı kompensasiya etməlidir. 1967-ci il sərhədlərinə əsaslanan, paytaxtı Şərqi Qüds olan müstəqil, suveren və coğrafi cəhətdən inteqrasiya olunmuş Fələstin Dövlətinin qurulması böyük əhəmiyyət kəsb edir. Əgər bütün ASEAN üzvləri Qəzzaya yardım göstərmək üçün əl-ələ verərsə, buna nail ola biləcəyimizə inanıram”

Malayziyanın baş naziri Ənvər İbrahim də öz növbəsində deyib:

”Müsəlman dünyasının lideri, ədalətin və insan haqlarının müdafiəçisi olan bir lideri qonaq etdiyimiz üçün şanslıyıq.Türkiyə Qəzza mövzusunda liderlik nümayiş etdirdi. Mənim tanıdığım heç bir ölkə Türkiyə qədər bölgəyə humanitar yardım göndərmədi. Əmin ola bilərsiniz ki, Malayziya ASEAN ölkələrini Qəzzanın yenidən qurulması mövzusunda səfərbər edəcək”.

Qeyd edək ki, Malayziyaya rəsmi səfər edən Rəcəb Tayyib Ərdoğan bu ölkənin Baş nazir Ənvər İbrahim tərəfindən rəsmi mərasimlə qarşılanıb.

Ənvər İbrahim daha sonra Beynəlxalq Konqres Mərkəzində Türkiyə-Malayziya Strateji Əməkdaşlıq toplantısı çərçivəsində dövlət qulluqçuları və universitet tələbələrinə müraciər etdi.

Ənvər İbrahim çıxışında Türkiyənin kosmos texnologiyaları və süni intellekt kimi sahələrdəki investisiyalarına və inkişaflarına diqqət çəkib.

Siyasətin hər zaman nəzərəçarpacaq nəticələr vermədiyini, lakin bunun vazkeçilməz olduğunu vurğulayan Ənvər İbrahim deyib:”Türkiyə milli şüurunu və ləyaqətini ciddi şəkildə artırmış bir ölkədir.Türkiyə geosiyasi baxımdan qlobal gücə çevrilib”.

Rəcəb Tayyib Ərdoğanın hekayəsini böyük bir çağırış kimi qiymətləndirən Malayziya Baş naziri deyib: ”Onun çox gözəl və nümunəvi həyat hekayəsi var. Bu, sadəcə həyatda qalmaq hekayəsi deyil, qürur hekayəsidir. Çətinliklər qarşısında məğlub olmamaq, güclü və qətiyyətli irəliləyişlə davam etmək hekayəsidir. Türkiyə bu gün əvvəlkindən daha güclü, daha inamlı və daha əzmkardır”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=158771