Məzmuna keç
  • Brent neft98.32 $▼1.34%
  • WTI neft90.83 $▼0.68%
  • Avropa qazı (TTF)85.59 €▼4.52%
  • Təbii qaz (ABŞ)2.998 $▲1.42%
  • Qızıl4 075 $▲0.52%
  • Gümüş51.94 $▲0.77%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda591.25 ¢▼0.67%
  • Bitcoin75 836 $▲0.14%
  • Ethereum2 240 $▲0.21%
  • S&P 5007 377▲0.27%
14°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
Elm ve tehsil

Repetitorluğun sonu GƏLİR - Yeni sistem ciddi dəyişiklik yaradacaq

image-1762764947_hazirliq
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

İctimaiyyətdə, xüsusilə də müəllimlər arasında belə bir fikir formalaşıb ki, Elm və Təhsil Nazirliyinin son vaxtlar apardığı müzakirələr — xüsusən müəllimlərin maaşının iş saatına əsasən hesablanması məsələsi — repetitorluq fəaliyyətinin qarşısını almağa yönəlib. Çünki müəllimlərin dərsi bitdikdən sonra məktəbdə qalması onların əlavə repetitorluqla məşğul olmasına mane ola bilər.

Nəticədə, repetitor yanına gedə bilməyən şagirdlər hazırlıq kurslarına üz tutacaq.

Bu isə, öz növbəsində, repetitorluğun məhdudlaşdırılmasının böyük hazırlıq kurslarının inkişafına və bu sahədə müəyyən bir monopoliyanın yaranmasına gətirib çıxarıb-çıxarmayacağı sualını gündəmə gətirir.

Busaat.az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, nazirliyin sözügedən yeni qərarı təhsil müəssisələrinin tabeliyində şagirdlərə əlavə hazırlıqların keçilməsinə səbəb ola bilər.

“Bu qərarın hazırlıq kurslarına əlavə üstünlük verəcəyini düşünmürəm. Çünki iş saatına görə müəllimlərə əməkhaqqı veriləcəksə, şagirdlər dərs saatından sonra məşğələlərə saxlanıla bilər. Bu da kurslara, orada çalışan repetitorlara da sərf etməyəcək. Çünki kurslarda da əməkhaqqı aşağı olacaq”.

Elçin Əfəndi vurğulayıb ki, iş saatına görə əməkhaqqı məsələsi 2027-ci il və ondan sonrakı illərdə tətbiq ediləcək.

“Bu qərar şagirdi “balıq” kimi görənlərə sərf etməyəcək”

“Əlbəttə əməkhaqqının iş saatına görə hesablanması şagirdi “balıq” kimi görüb, öz yanına hazırlığa çəkən müəllimlərə sərf etməyəcək. Bu qayda repetitor hazırlığına təsir göstərəcək, şagirdi hazırlığa yanına çəkmək isyəyənlər də təhsil prosesindən uzaqlaşacaq”, – deyə müsahibimiz fikirlərində qeyd edib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=176189