Rəsmi Pekin: “ABŞ-ın Tayvanla bağlı addımları Çinin suverenliyinə xələl gətirir”

image-cinabsbackend

“ABŞ cəhd edir ki, Çinin sülh yolu ilə birləşməsinin qarşısını alsın və Tayvanın köməkliyi ilə Çini ram etsin”.

Busaat.az xəbər verir ki, bu barədə məlumatı Çinin Xarici işlər naziri Vang Yi ABŞ dövlət katibi Entoni Blinkenlə görüşdə bildirib.

Vang Yiyə görə, ABŞ-ın Tayvanla bağlı addımları Çinin suverenliyinə və ərazi bütövlüyünə xələl gətirmək cəhdidir.

“ABŞ-ın Tayvan məsələsində Çinin lehinə açıq siyasi öhdəliyi var. Lakin ABŞ-ın hazırki addımları buna ziddir, onlar cəhd edir ki, ölkənin suverenliyinə və ərazi bütövlüyünə ziyan vursun. ABŞ Çinin sülh yolu ilə birləşməsinin qarşısını almağa və Tayvanın köməyi ilə onu ram etməyə çalışır” – deyə, nazir əlavə edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90