Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft93.43 $▼1.93%
  • WTI neft86.59 $▼1.98%
  • Avropa qazı (TTF)84.80 €▼6.76%
  • Təbii qaz (ABŞ)3.138 $▼0.63%
  • Qızıl3 862 $▼0.21%
  • Gümüş46.80 $▼1.11%
  • Pambıq81.34 ¢▲3.03%
  • Buğda588.50 ¢▲0.30%
  • Bitcoin64 627 $▼1.05%
  • Ethereum1 823 $▼0.62%
  • S&P 5007 485▼1.01%
9°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Dünya

Rus rublu ilə bağlı bəd xəbər - “Qara valyuta” bazarları açıldı (ŞƏRH)

image-1647426902_1646029870_rubldolar
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
“Artıq Rusiyanın böyük şəhərlərində “Qara valyuta” bazarları var. Son məlumatlara görə, 140-150, bəzi hallarda 135 rubl 1 dollar civarında məzənnələr formalaşıb. Bu məzənnələr də şəhərdən-şəhərə fərqlənir”.
Bunu Qaynarinfo-ya açıqlamasında  iqtisadçı ekspert Natiq Cəfərli son günlər rublun dirçəlişi və perspektiv rubl üçün nə vəd edir sualına cavabında deyib.
Ekspert rublla bağlı vəziyyətin fərqli olduğunu bildirib:
“Müxtəlif platformalarda müxtəlif mərhələləri var, hətta Moskva birjası hələ açılmayıb. Sadəcə, Moskva birjasının elektron ticarəti açıqdır, orada Mərkəzi Bankın nəzarət etdiyi və yaxud da tənzimləməyə çalışdığı bir məzənnə var. Amma London birjasında və eləcə də rublla ticarət etmək mümkün olan yerlərdə fərqli-fərqli məzənnələr görürük. Düzdür, əvvəlki ajiortaj xeyli dərəcədə düşüb, bu da danışıqlar prosesi ilə əlaqəlidir”.
İqtisadçı hazırda Ukrayna ilə Rusiya arasında danışıqlarların getdiyini vurğulayıb:
“Belə bir ümid var ki, yaxın zamanlarda Rusiyanın təcavüzü bitəcək, müharibə dayanacaq. Bu ümid həm neft qiymətlərinə təsir göstərdi, həm də rubl möhkəmləndi. Amma problem başqadır.
Artıq Rusiyanın media qruplarında “Qara bazar”ın formalaşması haqqında məlumatlar yayılıb. Yəni, valyutadəyişmə məntəqələrində dollar almaq mümkün deyil. Banklardan dollar almaq olmur. Həm də sentyabr ayına kimi nəğd dollar satışına  qadağalar var. Ona görə də “Qara bazar” formalaşıb”.
Ekspert sonda hələlik rublun normal bank məzənnəsinin hələ də müəyyənləşdirilmədiyini qeyd edib.
MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=73496