Rusiya Çindən hərbi və iqtisadi yardım istəyib

image-putincinpinbackend

Rusiya Ukraynadakı müharibə ilə bağlı Çindən hərbi texnika və sanksiyalara tab gətirmək üçün iqtisadi yardım istəyib.

Busaat.az  “The New York Times”a istinadən xəbər verir ki, bu barədə məlumatı ABŞ rəsmiləri yayıb.

Bununla belə, amerikalı rəsmilər Rusiyanın Çindən məhz hansı növ hərbi texnikanı istəməsinə aydınlıq gətirməyiblər.

“Financial Times” isə yazır ki, vəziyyətlə bağlı məlumatlı bir mənbə bildirib ki, Çinin Rusiyaya kömək etməyə hazırlaşa biləcəyinə dair bir neçə əlamət fonunda ABŞ öz müttəfiqlərinə xəbərdarlıq etməyə hazırlaşır. ABŞ-ın digər rəsmi şəxsləri isə qeyd edib ki, Rusiyanın bir neçə növ silahı bitmək üzrədir, çünki Ukraynada müharibə artıq 3 həftədir ki, davam edir.

Ağ Ev məsələ barədə hələ ki açıqlama verməyib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90