Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft98.32 $▼1.34%
  • WTI neft90.83 $▼0.68%
  • Avropa qazı (TTF)85.59 €▼4.52%
  • Təbii qaz (ABŞ)2.998 $▲1.42%
  • Qızıl4 075 $▲0.52%
  • Gümüş51.94 $▲0.77%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda591.25 ¢▼0.67%
  • Bitcoin75 690 $▼0.05%
  • Ethereum2 235 $▼0.02%
  • S&P 5007 377▲0.27%
14°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
Dünya

Rusiya dost olmayan ölkələrin adını açıqladı

image-rusiya_xin
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Rusiya hökuməti “Fəaliyyətləri ilə Rusiyaya qarşı dost münasibəti göstərməyən” ölkələrin siyahısını təsdiqləyib. Siyahıya yalnız ABŞ və Çexiya daxil edilib.

Busaat.az  xəbər verir ki, bu barədə “TASS” agentliyi məlumat yayıb. Sənəddə qeyd olunub ki, Çex Respublikasının Rusiyadakı diplomatik nümayəndəliyinə Rusiya vətəndaşlığı olan ən çox 19 əməkdaş qəbul etməsinə icazə veriləcək. ABŞ diplomatik nümayəndəliyinə isə, ümumiyyətlə, Rusiya vətəndaşı olan işçi götürmək qadağan olunub.

Hökumətin qərarını şərh edən Kremlin sözçüsü Dmitri Peskovun sözlərinə görə, siyahıya daxil edilmiş dövlətlərin seçimi Moskvanın dialoqa hazır olduğunu göstərir.

Qeyd edək ki, sözügedən sənəd Vladimir Putin tərəfindən 23 aprel tarixində Çexiya və ABŞ ilə yaşanan diplomatik böhran fonunda imzalanıb. Belə ki, rəsmi Praqa Moskvanı 2014-cü ildə baş verən partlayışda günahlandıraraq 18 rus diplomatını arzuolunmaz şəxs elan edib. Vaşinqton isə ABŞ federal agentliklərinə edilən kiberhücumlarda və 2020 seçkilərinə müdaxilədə Rusiyanı cavabdeh bilərək yeni sanksiyalar tətbiq edib və bir sıra rus diplomatını ölkədən çıxarıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=46867